Abışova Samirə əli qızı. 2 yanvar 1979- cu ildə Sabirabad rayon Rüstəmli kəndində anadan olmuşam. 1996-2000- ci illər Təfəkkür Universitetinin hüquq fakultəsini bitirmişəm.
əmək fəaliyyətinə 2003- cü ildə şirvan şəhər Tarix-diyarşünaslıq muzeyində əvvəl kiçik elmi işçi sonra fond müdiri, 2008 - 2015 - ci illər şirvan şəhər Heydər əliyev Mərkəzinin direktoru vəzifəsində çalışmışam.
ilk dəfə Yeni Azərbaycan partiyası tərəfindən 2009 -2014 cü illərdə şirvan şəhər bələdiyyəsi tərəfindən namizədliyim irəli sürülmüş və şəhər bələdiyyəsinin üzv seçilmişəm.
ikinci dəfə 2014 – 2019-cu illərdə keçirilən seçkilərdə şirvan şəhər Hacıqəhramanlı Bələdiyyəsinə namizədliyim qeydə alınmış ilk öncə bələdiyyə üzvü sonra bələdiyyə sədri seçilmişəm.
Hazırda bu bələdiyyə sədri vəzifəsini icra edirəm. 2019- cu ildə keçirilən Bələdiyyə seçkilərində yenidən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyim irəli sürülmüşdür.
əgər yenidən bələdiyyə üzvi seçilərəmsə seçildiyim təqdirdə qəsəbənin sosial - iqtisadi inkişafında fəal iştirak edəcəm. Qəsəbə sakinlərinin sosial rifah halının yaxşılaşdırmasında səylə çalışacağam.